Onlar inzibati qaydada məsuliyyətə cəlb olunublar Onlar inzibati qaydada məsuliyyətə cəlb olunublar

Qubaya gizli yolla girən iki qardaş saxlanıldı

Onlar inzibati qaydada məsuliyyətə cəlb olunublar

Karantin qaydalarını pozan iki qardaş məsuliyyətə cəlb olunub.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan AzNews.az-a verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xüsusi karantin qaydalarını pozaraq rayon ərazisinə gizli yollarla daxil olan Şabran rayon sakinləri – Asim və Mail Babayevlər saxlanılıblar.

Araşdırmalar zamanı məlum olub ki, hər iki şəxs müvafiq icazələri olmadan rayonun giriş hissəsində qurulmuş müvəqqəti postun kənarında yerləşən bağ sahələrindən keçməklə Quba rayonuna qanunsuz olaraq daxil olublar.

Saxlanılan hər iki şəxs barədə qanunvericiliyə uyğun olaraq tədbir görülüb və onlar inzibati qaydada məsuliyyətə cəlb olunublar.