Qəza dekabrın 28-də saat 19 radələrində qeydə alınıb Qəza dekabrın 28-də saat 19 radələrində qeydə alınıb

Yük maşını ilə “07” toqquşdu, sürücü öldü

Qəza dekabrın 28-də saat 19 radələrində qeydə alınıb

Şəmkir rayonunun Könüllü kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

AzNews.az xəbər verir ki, qəza dekabrın 28-də saat 19 radələrində qeydə alınıb.

Bakı şəhər sakini S.İsmayılovun idarə etdiyi “Mercedes” markalı yük və Şəmkir şəhər sakini Murad Həsənovun idarə etdiyi “VAZ-2107” markalı minik avtomobilləri toqquşub. Nəticədə M.Həsənov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.