12 və 13 yaşlı bacılara təcavüz edənlər saxlanıldı

Araşdırma davam etdirilir

Bakıda iki yeniyetmə bacı ilə qeyri-təbii yolla cinsi əlaqədə olan iki nəfər tutulub.

AzNews.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Xəzər rayonunda yaşayan, 2006 və 2007-ci il təvəllüdlü 2 bacının anası polisə müraciət edərək məlumat verib. O bildirib ki, 2019-cu ilin iyun ayında rayondakı qəsəbələrdən birində 47 yaşlı Ş. və 29 yaşlı R. onun qızları ilə qeyri-təbii yolla cinsi əlaqədə olub. Həmin zaman qızlardan birinin 12, digərinin 13 yaşı olub.

Faktla bağlı Cinayət Məcəlləsinin 152-ci maddəsi (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) ilə cinayət işi başlanılıb.

Hadisəni törətməkdə şübhəli bilinən, adlarını açıqlamadığımız şəxslər tutulublar.

Araşdırma davam etdirilir.