Faktla bağlı araşdırma aparılır Faktla bağlı araşdırma aparılır

Oğurluq edən əmioğlular saxlanıldı

Faktla bağlı araşdırma aparılır

Masallıda mağazadan oğurluq edilib.

DİN-dən AzNews.az-a verilən məlumata görə, Masallı şəhər sakini E.Abdinov Rayon Polis Şöbəsinə müraciət edərək özünə məxsus ərzaq mağazasından ümumilikdə dəyəri 5420 manat olan tütün məmulatlarının və həmin mağazada saxladığı qızıl zinət əşyalarının oğurlandığını bildirib.

Əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən şəxslər müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla onların Masallı rayon sakinləri E.Kərimov və əmisi oğlu, əvvəllər məhkum olunmuş B.Kərimov olduqları müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.