"Xankəndinə yardım aparmaq adı ilə yola çıxdıq" "Xankəndinə yardım aparmaq adı ilə yola çıxdıq"

Şuşa yaxınlığında kəşfiyyat aparan erməni casusun etirafları

"Xankəndinə yardım aparmaq adı ilə yola çıxdıq"

Azərbaycanda casusluqda, qanunsuz silahlı birləşmə yaratmaqda, dövlət sərhədini qanunsuz keçməkdə ittiham olunan Davtyan Davit Tiqrani və Sujyan Gevorq Rubenoviç barəsində cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Dünən günün ikinci yarısında Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə baş tutun iclasda təqsirləndirilən Sujyan Gevorq Rubenoviçin ibtidai istintaqa verdiyi ifadəsi elan olunub.

O istintaqda ifadəsində deyib ki, sentyabrın 29-da Davit Davtyanla birlikdə görüşərək Qarabağa yollanıblar: "Yola çıxanda Davitə xüsusi xidmət orqanı ilə əməkdaşlıq etdiyimi dedim. Mən ona taprışıqları izah elədim. O da dedi ki, Ermənistana xeyri olan hər şeyi edəcək, məlumatları toplayaraq Artaka ötürəcək.

Həmin gün maşınımla yola çıxdıq. Gorusa gələrək, ordan Laçın dəhlizinə keçdik. Xankəndin şəhərində məskunlaşdıq. Orada hərbi qulluqçularla görüşdük və hərbi əməliyyatlarda iştirak etmək istədiyimizi dedik. Bizi qəbul eləyib Xocavənd istiqamətinə apardılar. Orada hər ikimizə silah verdilər. Həmin silahlardan əlavə partlayıcı maddələr və qumbaralar da var idi.

Biz ən yaxın təmas xəttində döyüşlərdə iştirak etmişik. Bizimlə döyüşdə olanlardan birindən snyaper aldım və döyüşlərdə istifadə etdim. Mən və Davit Azərbaycan tərəfinin yerləşdiyi əraziləri, təxmini əsgər saylarını Artaka göndərirdik. Məlumatları bəzən mən, bəzən də Dabit atırdı. Artak bizə yeni tapşırıqlar verirdi. Tapşırıqlar ondan ibarət idi ki, azərbaycanlı hərbiçilərin yerini dəyişərsə, dərhal ona deyək.

Bir müddət sonra İrəvana gələrək topladığımız məlumatları Artaka ötürdük. O bizə Azərbaycan Silahlı Qüvvələrin yerləşdikləri ərazilərə daha yaxın gedərək dəqiq məlumatları almağı istədi. Davitlə taprışıq əsasında yenidən döyüş bölgəsinə qayıtdıq".

Təqsirləndirilən şəxs deyib ki, Xocavəndin Çarpar kəndi yaxınlığında döyüşlərdə iştirak edib: "Gecə qaranlıqdan istifadə edərək Davitlə birlikdə azərbaycanlı hərbiçilərin yaxınlığına getdik, çəkilişlər apardıq. Artak bizə əsgər sayının daha dəqiq öyrənməyimizi istədi. Biz 28 nəfər azərbaycanlı hərbiçinini saydıq və məlumat verdik. Səhər açılana yaxın öz mövqelərimizə qayıtdıq".

Təqsirləndirilən şəxs daha sonra İrəvana qayıtdıqlarını deyib: "10 noyabr bəyannaməsindən sonra Artak mənə zəng edərək kafeyə çağırdı. Mən Davitlə birlikdə ora getdik. O, Şuşada Azərbaycan ordusunun nə qədər hərbçisinin olmasını, teknika sayını və sair öyrənməyimizi istədi. Bizə gizli şəkildə Şuşaya getməyimizi və məlumatları ona ötürməyimizi istədi.

O, bizə Şuşanın geri qaytarmaq istədiklərini də bildirdi. Biz də Ermənistan üçün bunu edəcəyimizi dedik. Noyabrın 11-də mülki geyimdə yola düşdük. Guya Xankəndində olanlara yardım aparmaq adı ilə yola çıxdıq. Sülhməramlıların yanından keçdik. Şuşaya 1 kilometr qalanda Xankəndi istiqamətinə olan yol ayırıcına girmədik. Şuşaya doğru irəlilədik. Maşını orada saxladıq, sonra piyada getdik.

Biz orada fotoşəkillər çəkirdik. Bu zaman Azərbaycan əsgərləri ilə rastlaşdıq. Onlar bizim kim olduğumuzu və burada nə etdiyimizi soruşdular. Həyacanlı olduğumuzdan suallara cavab verə bilmədik. Şübhələndikləri üçün bizi saxladılar"./ Teleqraf.com