DİN məlumat yayıb DİN məlumat yayıb

“Mercedes”in mühərrikini oğurlayan qardaşlar saxlanılıb

DİN məlumat yayıb

Biləsuvar şəhər sakini Ə.Əhmədov polisə müraciət edərək yaşadığı evin həyətindəki tikilidən özünə məxsus “Mercedes” markalı mikroavtobusun 2050 manat dəyərində mühərrikinin və digər ehtiyat hissələrinin oğurlandığını bildirib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxslər müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla onların rayonun Bəydili kənd sakini Telman Məmmədov və qardaşı Təhməz Məmmədov olduqları müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.