F.Səmədova özünü Təhsil Nazirliyinin əməkdaşı kimi təqdim edərək dələduzluq edib F.Səmədova özünü Təhsil Nazirliyinin əməkdaşı kimi təqdim edərək dələduzluq edib

Klinika rəhbərini rüşvət verməyə təhrik etməkdə təqsirləndirilən qadına hökm oxunub

F.Səmədova özünü Təhsil Nazirliyinin əməkdaşı kimi təqdim edərək dələduzluq edib

Bakıda dələduzluqda və rüşvət verməyə təhrik etməkdə təqsirləndirilən Fərdanə Səmədovaya hökm oxunub və o, 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə elan edilib.

İttiham aktına əsasən, F.Səmədova "Hollywood Smile Dent" klinikasının təsisçisi və direktoru Şəfayət Zülfüqarovaya özünü Təhsil Nazirliyinin əməkdaşı kimi təqdim edərək dələduzluq edib.

Belə ki, 2021-ci ildə klinika lisenziyasız fəaliyyət göstərdiyinə görə, müxtəlif cərimə və tənbehlər olunub. Təqsirləndirilən şəxs isə bu kimi məsələlərdə Ş.Zülfüqarovaya yardımçı olacağı vədini verib və ondan ümumilikdə 18 min manat pul alıb. Daha sonra o, verdiyi vədə əməl etməyib.

Ş.Zülfüqarovanın şikayətindən sonra F.Səmədova barəsində dələduzluq və rüşvət verməyə təhrik etmə maddələri ilə ittiham irəli sürülüb.