- Qanundan kənarda
- 17 Fevral 2023 12:23
- 5 751
Türkiyənin məşhur şirkəti barədə protokol tərtib edildi

“Cengiz İnşaat Sanayii ve Ticaret Anonim şirketi”nin Azərbaycandakı filialı barədə inzibati protokol tərtib edilib.
AzNews.az xəbər verir ki, şirkət barədə aidiyyəti qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 485.2-ci ( Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə) maddəsi ilə inzibati protokol tərtib edilib.
İşə Gəncə Şəhər Məhkəməsində hakim Elxan Əlizadənin sədrliyi ilə baxılacaq.
Protokol təsdiq edilərsə şirkət min beş yüz manatadək məbləğdə cərimə edilə bilər.
Rəşid