“Azərbaycan Dəmir Yolları” QSC barəsində protokol tərtib edilib

Azərbaycan Dəmir Yolları” QSC barəsində inzibati protokol tərtib edilib.

Aznews.az xəbər verir ki, şirkət barəsində aidiyyəti qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 485.2-ci( Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə) maddəsi ilə inzibati protokol tərtib edilib.

İşə Nəsimi rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə baxılacaq.

Rəşid