“ICE rədd olsun!” – ABŞ-də küçələrə axın, etirazlar böyüyür

ABŞ-nin Las Veqas şəhərində ölkənin immiqrasiya xidmətinə qarşı genişmiqyaslı etiraz aksiyaları keçirilib.

Aksiya iştirakçıları plakat və bayraqlarla şəhərin müxtəlif rayonları boyunca yürüş edərək etirazlarını ifadə ediblər. Küçə aksiyasına qoşulanların sayı getdikcə artıb.

Yollarda və səkilərdə “ICE rədd olsun” yazılı nişanlar, bloknotlar, açıqcalar və maqnitlər satan şəxslər də diqqət çəkib.

Etirazçılardan biri Azadlıq heykəli obrazında çıxış edərək bildirib ki, ABŞ immiqrantlar və işçilər üçün açıq olmalıdır. Onun sözlərinə görə, immiqrantlar ölkənin qurulmasında əsas rol oynayıb və onlar olmasaydı ABŞ bu günkü gücünə çatmazdı.

Mövsüm,

AzNews.az