Azərbaycan banklarının nağd vəsaitlərinin həcmi artıb. Azərbaycan banklarının nağd vəsaitlərinin həcmi artıb.

Bankların nağd vəsaitlərinin həcmi 18% artıb

Azərbaycan banklarının nağd vəsaitlərinin həcmi artıb.

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) açıqladığı statistikaya əsasən, 2018-ci il dekabrın 31-nə bankların nağd vəsaitləri 1 mlrd. 363,8 mln. manat olub ki, bu da noyabrın 1-nə olan göstəricidən 204,7 mln. manat və ya 17,66% çoxdur.

Ümumiyyətlə, ötən ilin əvvəli ilə müqayisədə bankların nağd vəsaitləri 210,8 mln. manat və ya 18,28% artıb.

Qeyd edək ki, ötən ilin əvvəlində bankların nağd vəsaitlərinin həcmi 1 mlrd. 153 mln. manat olub.

© AzNews.az