Missiya çərçivəsində Azərbaycanlı sahibkarlar Polşadan olan iş adamları ilə görüşlər keçirəcək. Missiya çərçivəsində Azərbaycanlı sahibkarlar Polşadan olan iş adamları ilə görüşlər keçirəcək.

Azərbaycan məhsullarının Polşaya ixrac imkanları müzakirə ediləcək

Missiya çərçivəsində Azərbaycanlı sahibkarlar Polşadan olan iş adamları ilə görüşlər keçirəcək.

İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə növbəti ixrac missiyası Polşanın Varşava şəhərinə təşkil olunacaq.

Nazirlikdən Trend-ə verilən məlumata görə, 6-10 mart tarixlərində keçiriləcək ixrac missiyasına şərab və digər spirtli içkilər, qida məhsulları və kosmetik vasitələrin istehsalı ilə məşğul olan 22 Azərbaycan şirkəti daxildir.

Missiya çərçivəsində Azərbaycanlı sahibkarlar Polşadan olan iş adamları ilə görüşlər keçirəcək, məhsullarımızın ixrac imkanlarının genişləndirilməsinə dair müzakirələr aparacaqlar.

AzNews.az