“Forbes” rəqəmləri açıqladı “Forbes” rəqəmləri açıqladı

Rəhbərliyi ən çox maaş alan sahələrin reytinqi hazırlandı – TOP 12

“Forbes” rəqəmləri açıqladı

Biznes jurnalı “Forbes” rəhbərləri ən çox qazanan 12 sahənin reytinqini tərtib edib.

AzNews.az-ın məlumatına əsasən, siyahıda neft-qaz şirkətləri liderlik edir. Belə ki, bu şirkətlərin rəhbərliyi 2019-cu il ərzində orta hesabla 3,28 mln dollar qazanıblar.

Siyahıda ikinci pillədə rəhbərliyi orta hesabla 1,78 mln dollar maaş alan ağır sənaye sahəsi gəlir. Reytinqdə üçüncü yerdə isə 1,29 mln dollar maaşla telekommunikasiya sahəsi qərarlaşıb.

İlk beşliyə rəhbərliyi müvafiq olaraq orta hesabla 1,2 mln dollar və 1,09 mln dollar məvacib alan investisiya və kommersiya bankları daxildir.

On ikiliyi isə ardıcıl olaraq ticarət şəbəkələri, nəqliyyat, tikinti, developer şirkətləri, sığorta sahəsi, istehlak malları istehsalçıları və əczaçılıq tamamlayır.

AzNews.az