“Kapital Bank” ASC və “Azərbaycan Beynəlxalq Bankı” ASC vasitəsilə 181,4 milyon manat kompensasiya ödənilib “Kapital Bank” ASC və “Azərbaycan Beynəlxalq Bankı” ASC vasitəsilə 181,4 milyon manat kompensasiya ödənilib

Bağlanmış 4 bank üzrə 181,4 milyon manat kompensasiya ödənilib

“Kapital Bank” ASC və “Azərbaycan Beynəlxalq Bankı” ASC vasitəsilə 181,4 milyon manat kompensasiya ödənilib

Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğv prosesində olan “Ata Bank” ASC, “Amrah Bank” ASC, “AG Bank” ASC və “NBC Bank” ASC-nin 11,3 min əmanətçisinə qorunan əmanətlər üzrə iyulun 6-na “Kapital Bank” ASC və “Azərbaycan Beynəlxalq Bankı” ASC vasitəsilə 181,4 milyon manat kompensasiya ödəyib.

ADIF-dən AzNews.az-a verilən məlumata görə, ləğv prosesində olan “Ata Bank” ASC və “Amrah Bank” ASC-nin əmanətçilərinə kompensasiyaların ödənilməsinə iyunun 1-dən başlanılıb, kompensasiyalar nağdsız qaydada “Kapital Bank” ASC-nin adlı debet kartları və “Xəzri” sürətli pulköçürmə sistemi vasitəsilə 35 filialda ödənilir.

Ləğv prosesində olan “AG Bank” ASC və “NBC Bank” ASC- nin əmanətçilərinə kompensasiyaların ödənilməsinə iyunun 16-dan başlanılıb və kompensasiyalar nağdsız qaydada “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin adlı debet kartları vasitəsilə 20 filialda ödənilir.

“Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 28.3-cü maddəsinə əsasən, Əmanətlərin Sığortalanması Fondu əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir.