- Pullu iş
- 14 Sentyabr 2020 17:00
- 5 489
Azərbaycan bu il 21 milyon ton xam neft ixrac edib

Dövlət Gömrük Komitəsinin məlumatı
Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycan, gömrük bəyannamələrinə əsasən, 20,75 milyon ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib.
AzNews.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə məhsulun dəyəri 6,8 milyard ABŞ dolları təşkil edib.
8 ay ərzində məhsulun həcmi ötən ilin eyni dövrükindən 3,3%, dəyəri isə 35,1% az olub.
Bu məhsulların Azərbaycanın ümumi ixracında payı 68,8% təşkil edib.