Neft bazarında vəziyyət yaxşılaşır Neft bazarında vəziyyət yaxşılaşır

Vahid Ələkbərovdan neftin qiyməti ilə bağlı proqnoz

Neft bazarında vəziyyət yaxşılaşır

“Lukoyl” şirkətinin rəhbəri Vahid Ələkbərov neftin qiymətləri ilə bağlı proqnozunu bölüşüb.

AzNews.az bildirir ki, onun sözlərinə görə, 2022-ci ilədək qlobal bazar istehlakın 100 milyon barelinə qayıdacaq.

“Qiymətlərə gəlincə, kifayət qədər təmkinli bir proqnozum var. Hələ bir bareli 50 dollar olan orta müddətli qiymətdən davam edirik”, - deyə o Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində “Rossiya-24”-ə müsahibəsində bildirib.

Ələkbərov qeyd edib ki, neft bazarında vəziyyət yaxşılaşır:

“Neftin qiyməti artır, benzin istehlakı artır və təyyarə yanacağı istehlakı artmağa başlayıb”.

O hesab edir ki, hazırki vəziyyət “təmkinli nikbinliyə” səbəbdir:

“Hər-halda ümid edirik ki, əhalinin peyvənd edilməsi nəticə verəcək, yenidən insanlar normal həyata, enerji istehlakı 2019-cu ildəki vəziyyətinə qayıdacaq”.