- İntellektual baxış
- 7 İyun 2021 17:00
- 8 201
Səudiyyə Ərəbistanı neft qiymətlərini qaldırır
ABŞ bazarı üçün qiymətlər dəyişmir
Səudiyyə Ərəbistanı Asiya bazarına ixrac etdiyi əksər neft markalarının qiymətini iyul ayından etibarən qaldırır.
AzNews.az “Report”a istinadən xəbər verir ki, “Saudi Aramco” şirkətinin açıqlamasına görə, “Arab Light” markası 0,2 ABŞ dolları bahalaşaraq Oman və Dubay neftindən 1,9 dollar baha satılacaq. Həmçinin “Arab Heavy” markalı neft 0,1 dollar ucuzlaşacaq.
ABŞ bazarı üçün qiymətlər dəyişmir, Avropanın şimal-qərbi üçün 0,6-1,4 dollar, Aralıq dənizi hövzəsi üçün isə 0,4-1,1 dollar artırılır.