Mikayıl Cabbarov ABŞ dövlət katibinin köməkçisi Filip Riker ilə görüşüb Mikayıl Cabbarov ABŞ dövlət katibinin köməkçisi Filip Riker ilə görüşüb

ABŞ şirkətlərinin Qarabağın bərpasında iştirakı müzakirə edilib - FOTO

Mikayıl Cabbarov ABŞ dövlət katibinin köməkçisi Filip Riker ilə görüşüb

İqtisadiyyat naziri Mikayıl Cabbarov ABŞ-ın Avropa və Avrasiya məsələləri üzrə dövlət katibinin köməkçisi Filip Riker ilə görüşüb. Görüşdə ABŞ şirkətlərinin Qarabağın bərpasında iştirakı da müzakirə edilib.

Aznews.az xəbər verir ki, bu barədə nazir "Twitter" hesabında yazıb.

"Bu gün ABŞ-ın Avropa və Avrasiya məsələləri üzrə dövlət katibinin köməkçisi cənab Filip Riker və həmkarları ilə ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin inkişafı, ABŞ şirkətlərinin Azərbaycan iqtisadiyyatına investisiya yatırması və işğaldan azad edilmiş ərazilərimizin bərpasında iştirakı məsələlərini müzakirə etdik", - deyə, M.Cabbarov qeyd edib.