Bu barədə təşkilatın iyul hesabatında bildirilir Bu barədə təşkilatın iyul hesabatında bildirilir

OPEC: Neftə tələbat artacaq

Bu barədə təşkilatın iyul hesabatında bildirilir

Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) bu il dünyada neftə gündəlik tələbatın 6 milyon barel, gələn il isə 3,3 milyon barel artacağını gözləyir.

Aznews.az xəbər verir ki, bu barədə təşkilatın iyul hesabatında bildirilir.

Sənəddə həmçinin deyilir ki, gündəlik tələbatın həcmi 100 milyon barellik həddi gələn ilin II yarısında keçə bilər. İl boyu isə gündəlik tələbatın orta həcmi 96,6 milyon barel dəyərləndirilir.

Bütövlükdə isə COVID-19-un yayılmasına qarşı daha səmərəli tədbirlər sayəsində 2022-ci ildə dünyada, xüsusilə də inkişaf edən ölkələrdə ÜDM artımına dair nikbinlik ifadə olunur, sözügedən ölkələrdə neftə tələbatın böhrandan əvvəlki səviyyəyə çatacağı bildirilir.