Tenderin nəticəsi 22 dekabr açıqlanacaq Tenderin nəticəsi 22 dekabr açıqlanacaq

Bakı funikulyorunda təmir işləri aparılacaq

Tenderin nəticəsi 22 dekabr açıqlanacaq

Bakı Şəhər İcra Hakimiyyətinin "Lifttəmir" İstehsalat Birliyi paytaxtın Səbail rayonunda yerləşən funikulyorun yol xəttinin inşaat konstruksiyaların möhkəmləndirilməsi və təmir-bərpa işləri üçün açıq tender elan edib.

AzNews.az xəbər verir ki, tenderdə iştirak haqqı 250 manatdır.

İddiaçılar ilkin sənədləri dekabrın 13-ü, saat 16:40-a qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə dekabrın 21-i, saat 16:35-a qədər dövlət satınalmalarının vahid internet Portalı vasitəsi ilə təqdim edə bilərlərlər. Telefon: (012) 594-65-94.

Tenderin nəticəsi 22 dekabr, saat 16:40-da Portalda açıqlanacaq.