- İntellektual baxış
- 7 Fevral 2022 16:46
- 9 994
Anar Bayramov bu şirkətlə bağlı qərar verdi
"Resurslarımız, ekspert bazamız daha çox layihə icra etməyə imkan verir"
Biznes idarəçiliyi üzrə mütəxəssis Anar Bayramov bəzi şirkətlərin ali idarəetmə orqanlarında təmsil olunacaq.
AzNews.az xəbər verir ki, bu barədə A. Bayramov feysbuk səhifəsində məlumat verib.
"Dostlar, bilirsiniz ki, illərdir biznes idarəçiliyi ilə məşğulam. İndiyə kimi 35 şirkətə birbaşa və dolayı (şirkətlər qruplarının rəhbəri olaraq) olaraq rəhbərlik etmişəm. Yeni qərarıma əsasən bundan sonra eyni zamanda bir şirkətə deyil, çox şirkətə dəstək verməyi düşünürəm. Belə ki, həmtəsisçisi olduğum SAT Group şirkəti çərçivəsində biznes konsaltinq layihələrində baş konsultant olaraq aktiv şəkildə yer alacağam.
Buna paralel olaraq bəzi şirkətlərin ali idarəetmə orqanlarında (müşahidə şurası, idarə heyəti və s.) təmsil olunmaqla onların strateji inkişafına daha çox töhfə verə biləcəyimi düşünürəm.
Qeyd edim ki, SAT Group şirkəti bu vaxta kimi 50-dən artıq şirkət üçün biznes konsaltinq layihəsi həyata keçirmişdir. Hal hazırda davam edən onlarla konsaltinq layihəmiz var. Resurslarımız, ekspert bazamız daha çox layihə icra etməyə imkan verir.
Bizneslərə, əsasən, ümumi idarəetmə sistemi, strategiya, HR, satış, marketinq, əməliyyatlar istiqamətlərində məsləhətlər verməklə yanaşı, onların icrasında da aktiv dəstək göstərməkdəyik", - deyə o bildirib.