Nazirin sözlərinə görə, sosialyönümlü islahatlar 4 milyona yaxın insanı əhatə edib Nazirin sözlərinə görə, sosialyönümlü islahatlar 4 milyona yaxın insanı əhatə edib

Nazir: “Dünya Bankının layihəsi Azərbaycanda 55 min nəfərə kiçik biznesini qurmağa kömək edib”

Nazirin sözlərinə görə, sosialyönümlü islahatlar 4 milyona yaxın insanı əhatə edib

“Azərbaycan kompensasiya və əməkhaqqı sahəsində çox işlər görüb. Belə ki, artıq ölkədə islahatlar həyata keçirilib, bunun sayəsində əhalinin minimum və orta əməkhaqqı artıb”.

Aznews.az xəbər verir ki, bunu Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Bakıda keçirilən “Azərbaycan: Dəyişən qlobal iqtisadiyyatda inkişaf perspektivləri” forumunda çıxışı zamanı deyib.

Nazirin sözlərinə görə, sosialyönümlü islahatlar 4 milyona yaxın insanı əhatə edib.

O deyib ki, ölkədə həm də rəsmi iş yerlərinin sayının artırılması istiqamətində işlər aparılır və əhalinin öz biznesini açmasına dəstək verilir: “Beləliklə, Azərbaycanın Dünya Bankı ilə əməkdaşlığı sayəsində 55 minə yaxın insan öz mikro və kiçik biznesini qura bilib”.