- İntellektual baxış
- 11:38
- 1 776
Tarixçi alimlər Prezidentə müraciət etdi: "Fond qeyri-şəffaf şəkildə bütün layihələrimizdən imtina edib"
AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutu Prezident İlham Əliyevə
22 sentyabr 2026-cı il tarixində müraciət edib. Müraciətdə bildirilir ki, sözügedən institut tərəfindən 2026-cı ilin Əsas Qrant müsabiqəsinə təqdim edilmiş 8 layihənin hamısından Azərbaycan Elm Fondunun qeyri-şəffaf şəkildə imtina edib.
Müraciətin tam mətnini təqdim edirik:
Hörmətli cənab Prezident,
21 oktyabr 2009-cu ildə yaradılan və 2010-cu ildə nizamnaməsi təsdiq edilən Elmin İnkişaf Fondu 2022-ci ildə Azərbaycan Elm Fondu publik hüquqi şəxsə çevrilmişdir. Fondun əsas məqsəd və istiqamətlərinə ölkədə elmi-texniki potensialın qorunması, iqtisadiyyatın inkişafında elmi potensialdan səmərəli istifadə, fundamental və tətbiqi elmi tədqiqatların stimullaşdırılması, qrant müsabiqələri vasitəsi ilə elmi layihələrin maliyyələşdirilməsi daxildir. Azərbaycan elminin dünya tələblərinə uyğun olaraq, qrant layihələri çərçivəsində maliyyələşdirilməsi alimlərin qarşısında böyük elmi yaradıcılıq perspektivləri açmışdır.
Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, Elm Fondu tərəfindən qrant layihələri üzrə müsabiqələr obyektiv, aşkar və şəffaf keçirilmir.
Tarix və Etnologiya İnstitutu tərəfindən Elm Fondunun 2026-cı ilin əvvəlində elan etdiyi qrant layihəsi üzrə müsabiqəyə 8 layihə təqdim edilmişdir. Həmin layihələrin, rəhbərlərinin və üzvlərinin adlarını burada qeyd etmək istəyirik:
1. “Azərbaycan tarixinə dair xarici arxiv mənbələri əsasında rəqəmsal mənbəşünaslıq platformasının yaradılması” layihəsi. Layihənin rəhbəri: Vaqif Abışov, Tarixin nəzəriyyəsi, mənbəşünaslıq və tarixşünaslıq şöbəsinin müdiri, tarix elmləri doktoru, dosent. Layihənin üzvləri: Vidadi Umudlu, tarix elmləri doktoru, dosent; İradə Əliyeva, tarix üzrə fəlsəfə doktoru, dosent; Pərvin Ahənçi, tarix üzrə fəlsəfə doktoru, dosent; Aynur Orucova, kiçik elmi işçi.
2. “Azərbaycan Cümhuriyyətinin (1918-1920) interaktiv rəqəmsal xəritəsi və şəxsiyyətlər üzrə bio-biblioqrafik məlumat bazasının yaradılması” layihəsi. Layihənin rəhbəri: Mübariz Ağalarlı, tarix üzrə fəlsəfə doktoru, dosent, aparıcı elmi işçi. Layihənin üzvləri: Kamran İsmayılov, Azərbaycan Xalq Cümhuriyyətinin tarixi şöbəsinin müdiri, tarix elmləri doktoru, dosent; Aygün Əzimova, tarix üzrə fəlsəfə doktoru, böyük elmi işçi; Natiq Məmmədzadə, tarix üzrə fəlsəfə doktoru, dosent; aparıcı elmi işçi; İradə Qurbanova, Beynəlxalq əlaqələr şöbəsinin müdiri.
3. “Azərbaycanın dövlətçilik tarixi: gənclər üçün maarifləndirmə layihəsi”. Layihənin rəhbəri: Günel Musayeva, Azərbaycan Respublikasının tarixi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent. Layihənin üzvləri: Alı Balayev, tarix üzrə fəlsəfə doktoru, dosent, aparıcı elmi işçi; Elnur Kəlbizadə, tarix üzrə fəlsəfə doktoru, dosent; Südabə Hüseynova, psixologiya üzrə fəlsəfə doktoru, dosent.
4. “Qarabağ müharibəsi və Böyük Qayıdışın tarixi salnaməsi” layihəsi. Layihənin rəhbəri: Ədalət Mustafayev, Qarabağ müharibəsinin tarixi və Böyük Qayıdış hərəkatı şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru. Layihənin üzvləri: Nazim Məmmədov, tarix elmləri doktoru, baş elmi işçi, professor; Rəna Baxışova, tarix üzrə fəlsəfə doktoru, böyük elmi işçi; Nərminə Əmirbəyova, tarix üzrə fəlsəfə doktoru, dosent, aparıcı elmi işçi; Həlimə Kazımova böyük elmi işçi.
5. “Qərbi Azərbaycan tarixi” (I və II cild. Monoqrafiya) layihəsi. Layihənin rəhbəri: Cəbi Bəhramov, Qərbi Azərbaycan tarixi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent. Layihənin üzvləri: Ziyad Əmrahov, tarix üzrə fəlsəfə doktoru, dosent, aparıcı elmi işçi; Elmar Məhərrəmov, tarix üzrə fəlsəfə doktoru, dosent, aparıcı elmi işçi; Elçin Qarayev, tarix elmləri doktoru, dosent, baş elmi işçi; Bəxtiyar Həsənov, tarix üzrə fəlsəfə doktoru, dosent, aparıcı elmi işçi.
6. “Cənubi Qafqazda yeni geosiyasi reallıqlar: Azərbaycan Respublikası regional və qlobal sabitliyin strateji aktoru kimi” layihəsi. Layihənin rəhbəri: Tofiq Mustafazadə, Azərbaycanın beynəlxalq əlaqələr tarixi şöbəsinin müdiri, tarix elmləri doktoru, professor. Layihənin üzvləri: Mahir İbrahimov, tarix üzrə fəlsəfə doktoru, dosent; Pərvanə Mustafazadə, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent; Elmin Məmmədli, doktorant.
7. “İkinci Dünya müharibəsindən sonra müstəmləkə imperiyalarının süqutu, Asiya və Afrikada müstəqil ölkələrin yaranması və Qoşulmama Hərəkatının formalaşması (Azərbaycanın 2011-ci ildə Qoşulmama Hərəkatına üzv olmasının əhəmiyyəti)”. Layihənin rəhbəri: İradə Bağırova, Dünya tarixi şöbəsinin müdiri, tarix elmləri doktoru, professor. Layihənin üzvləri: Nailə Hüseynova, tarix üzrə fəlsəfə doktoru, dosent, aparıcı elmi işçi; İradə Əliyeva, tarix üzrə fəlsəfə doktoru, aparıcı elmi işçi; Səidə Kazımova, elmi işçi.
8. “Qarabağın su yaddaşı: süni intellekt əsaslı tədqiq”. Layihənin rəhbəri: Nigar Camalova, Rəqəmsal tarix-etnologiya və süni intellekt şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru. Layihənin üzvləri: Bəhmən Əliyev, tarix üzrə fəlsəfə doktoru, dosent, elmi katib; Flora Məmmədova, coğrafiya üzrə fəlsəfə doktoru.
Təqdim edilən hər bir layihə elmi istiqamətləri, aktuallığı və əsasən də təcrübi əhəmiyyəti ilə diqqəti cəlb edir. Layihə rəhbərləri və üzvləri təqdim edilən layihələr üzrə yüksək ixtisaslı mütəxəssislərdir. Bu layihələrdə 35 alim və mütəxəssis təmsil olunmuşdur.
Layihə rəhbərləri Azərbaycan Elm Fondu tərəfindən məqsədyönlü şəkildə yaradılan bütün bürokratik əngəlləri, sözün əsl mənasında dəf edərək, böyük çətinliklə onları müsabiqəyə təqdim edə bilmişdir. Lakin müsabiqənin nəticələri bizdə dərin təəssüf hissi yaratmışdır. İnstitut tərəfindən təqdim edilən layihələrin bir hissəsi heç bir əsaslı səbəb göstərilmədən, digər hissəsi isə haqqında ümumiyyətlə münasibət bildirilmədən rədd edilmişdir. Azərbaycan Elm Fondunun belə bir iş üsulu müasir dünyada bu sahədə qəbul edilmiş heç bir tələbə cavab vermir.
Azərbaycan Elm Fondunun “Əsas qrant müsabiqəsi-2026” qalib layihələrin siyahısı da bu təşkilatda işlərin müasir səviyyədə qurulmadığını əyani şəkildə təsdiqləyir. Həmin siyahının nəzərdən keçirilməsi zamanı ən müasir texniki vasitələr və preparatlar ilə təmin edilmiş laboratoriyalar tələb olunan mövzular ilə adi tədqiqat tələb edən mövzular arasında fərq qoyulmadığı, ucdantutma bərabərləşdirilərək hər birinə 120.000 manat ayrıldığı aydın olur. Tarix və Etnologiya İnstitutunun bilavasitə, prioritetinə aid olan bir mövzu üzrə qalib layihəyə (“Qarabağ və Şərqi Zəngəzurun xristian dini inzibati mərkəzlərində tarixi, arxeoloji və etnoloji tədqiqatlar. (Gəncəsər, Xudavəng, Amaras, Ağoğlan, Böyük Aran və Müqəddəs Yelisey monastr kompleksləri əsasında”) diqqəti cəlb etmək istəyirik. Bu layihənin adı elmi cəhətdən tamamilə səhvdir. Təqdim olunan monastr komplekslərinin hamısı “xristian dini inzibati mərkəzi” olmamışdır. Tarix və Etnologiya İnstitutunun mütəxəssisləri kimi respublikada, bilavasitə tarix və etnologiya sahəsində fəaliyyət göstərən tədqiqatçılar bizə yaxşı məlumdur. Bu qalib layihə üzrə hansı mütəxəssislər tarix və etnoloji tədqiqatlar aparacaqdır? Azərbaycan Elm Fondunun həmin layihə üzrə kimləri qalib etməsi barədə məlumatların geniş elmi ictimaiyyətə çatdırılması zəruridir.
Göstərilən bir neçə faktdan aydın olur ki, Azərbaycan Elm Fondu dövlətin və elmi ictimaiyyətin ona olan etimadını doğrultmur. Bunu əsas tutaraq fondun son dövrdəki fəaliyyətinin ciddi şəkildə araşdırılmasına, onun işində şəffaflığın və aşkarlığın təmin edilməsinə ehtiyac vardır.
Hörmətli Prezident, Sizdən xahiş edirik ki, Azərbaycan Elm Fondunun son illərdəki fəaliyyətinin, o cümlədən “Əsas qrant müsabiqəsi-2026” üzrə qaliblərin müəyyən edilməsinə dair sənəd və materialların araşdırılmasına müvafiq göstəriş verəsiniz.
İmzalar:
1. Vaqif Abışov, Tarixin nəzəriyyəsi, mənbəşünaslıq və tarixşünaslıq şöbəsinin müdiri, tarix elmləri doktoru, dosent
2. Kamran İsmayılov, Azərbaycan Xalq Cümhuriyyətinin tarixi şöbəsinin müdiri, tarix elmləri doktoru, dosent
3. Günel Musayeva, Azərbaycan Respublikasının tarixi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent
4. Ədalət Mustafayev, Qarabağ müharibəsinin tarixi və Böyük Qayıdış hərəkatı şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru
5. Cəbi Bəhramov, Qərbi Azərbaycan tarixi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent
6. Tofiq Mustafazadə, Azərbaycanın beynəlxalq əlaqələr tarixi şöbəsinin müdiri, tarix elmləri doktoru, professor
7. İradə Bağırova, Dünya tarixi şöbəsinin müdiri, tarix elmləri doktoru, professor
8. Nigar Camalova, Rəqəmsal tarix-etnologiya və süni intellekt şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru
AzNews.az