Səfir: Azərbaycanın enerji siyasəti kimi sahələrdə qabaqcıl rolunu səbirsizliklə gözləyirəm

Azərbaycanın enerji siyasəti kimi sahələrdə qabaqcıl rolunu səbirsizliklə gözləyirəm.

"Aznews.az" xəbər verir ki, bunu Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vatanabe Katsuya deyib.

O, Azərbaycanda 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" kimi elan edilməsinə diqqət çəkib:

"Yaşıl cəmiyyətin yaradılması yaxın illərdə təkcə Azərbaycan üçün deyil, həm də bütün dünya üçün mühüm çağırışdır. Mən Azərbaycanın bu problemlərin həllində, xüsusilə enerji siyasəti kimi sahələrdə qabaqcıl rolunu səbirsizliklə gözləyirəm və ümid edirəm ki, Yaponiya öz təcrübəsindən, texnoloji bilik və bacarıqlarından istifadə edərək, gələcəkdə birlikdə bu çağırışların həllində dəstək ola bilər".

"2025-ci ildə Yaponiyanın Osaka şəhərində "EXPO 2025" sərgisinin mövzusu "Həyatımız üçün gələcək cəmiyyəti formalaşdıraq" olacaq. Əminəm ki, bu platforma bəşəriyyətin ümumi problemlərinin həlli, dünyanın kollektiv müdrikliyinin, o cümlədən qabaqcıl texnologiyaların toplanması, yeni ideyaların yaradılması və yayılmasının təşviqi üçün mayak rolunu oynayacaq", - diplomat əlavə edib.