- Pullu iş
- 25 Sentyabr 09:20
- 6 564
AİB Azərbaycanın iqtisadi artım proqnozunu yaxşılaşdırıb
Asiya İnkişaf Bankı (AİB) Azərbaycanın iqtisadi artım proqnozunu yaxşılaşdırıb.
“APA-Economics” Bankın "Asiyanın İnkişaf Perspektivləri" hesabatının sentyabr sayına istinadən xəbər verir ki, AİB Azərbaycanda real ÜDM artımı üzrə proqnozunu bu il üzrə 1,2%-dən 2,7%-ə, 2025-ci il üzrə isə 1,6%-dən 2,6%-ə yüksəldib.
Başqa sözlə, AİB iqtisadi artım proqnozunu müvafiq olaraq 1,5% və 1% bəndi yaxşılaşdırıb.