- Pullu iş
- 12 İyun 11:28
- 1 623
Mərkəzi Nəbatat Bağı auditor seçib

Bakı Şəhər İcra Hakimiyyəti Başçısının tabeliyində Mərkəzi Nəbatat Bağı 2024-cü ilin maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun auditi ilə bağlı elan etdiyi kotirovka sorğusuna yekun vurub.
Sorğunun qalibi "Beynəlxalq Audit Mərkəzi" MMC-dir.
Qalib şirkətə 2,9 min manat ödəniləcək.
Xatırladaq ki, Mərkəzi Nəbatat Bağı 2000-ci ilə qədər fəaliyyət göstərmiş Botanika bağının bazasında yaradılıb.