"Hörmətli, Victoria. Çox sağ olun ki, məni bütün dünyaya göstərdiniz" "Hörmətli, Victoria. Çox sağ olun ki, məni bütün dünyaya göstərdiniz"

Türk yazarın sevgilisi Adriana Lima sonuncu dəfə podiuma çıxdı və ağladı

"Hörmətli, Victoria. Çox sağ olun ki, məni bütün dünyaya göstərdiniz"

Xəbər verildiyi kimi dünən ABŞ-ın Nyu-York şəhərində Victoria`s Secret brendinin çoxdan gözlənilən şousu baş tutub. Şouda dünya modelinin ən seksual simaları çıxıb.

AzNews.az Ukrayna mediasına istinadən xəbər verir ki, şouya sonuncu dəfə türk yazar Metin Haranın sevgilisi, "Victoria`s Secret"in mələyi, 37 yaşlı braziliyalı super model Adriana Lima da qatılıb.

"Mələk" kimi ilk dəfə 1999-cu ildə podiuma çıxan Lima bu tədbirdə göz yaşlarını saxlaya bilməyib.

O, İnstagramda Victoria`s Secret brendinə minnətdarlıq yazmağı da unutmayıb:

"Hörmətli, Victoria. Çox sağ olun ki, məni bütün dünyaya göstərdiniz, mənimlə öz sirrlərinizi bölüşdünüz. Bu, mənə təkcə qanad vermədi, həm də uçmağı öyrətdi".

Qeyd edək ki, braziliyalı model 2009-2016-cı illərdə serb basketbolçusu Marko Yariçlə evli olub. Cütlüyün bu evlilikdən Valentina və Sienna adlı 2 qız övladı var.

Hazırda Lima Forbes-ə görə ən çox qazanan türk yazarları arasında yer alan Metin Hara ilə 2017-ci ilin iyul ayından sevgilidir.

Babək Göyüş

AzNews.az

image description image description