"Polisin o adamları tutub-tutmadığı barədə məlumatım yoxdur" "Polisin o adamları tutub-tutmadığı barədə məlumatım yoxdur"

3 gün ərzində tanımadığım 6 adam mənə təcavüz etdi - aktrisa

"Polisin o adamları tutub-tutmadığı barədə məlumatım yoxdur"

38 yaşlı İsveçli model və aktrisa Frida Farell 22 yaşında başına gələn təcavüz hadisəsini danışıb.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, “İndependent” və “London Evening” qəzetlərinin təşkil etdiyi müasir köləliyə qarşı tədbirdə Farell o hadisəni belə xatırlayıb.

“22 yaşımda Londona getdim. Küçədə yeriyərkən bir adam yaxınlaşıb mənə foto ajansının olduğunu və çəkiliş üçün onunla razılığa gələ biləcəyimi deyib kartını verdi. Səhəri gün adamın verdiyi ünvana getdim. İçəri girəndə adam qapını bağladı. Belindən çıxardığı bıçağı boğazıma tutdu və qışqırmamağımı istədi. Mənə zorla süd içirtdi. Oyananda başqa mənzildə idim. Üç gün ərzində tanımadığım 6 adam mənə təcavüz etdi. Üçüncü günün sonunda adamlar mənzildən çıxanda qapını açıq qoyub gediblər. Mən də mənzildən qaçıb polisə xəbər verdim. Polisin o adamları tutub-tutmadığı barədə məlumatım yoxdur. Bunları digər qadınlar qadın alverçilərinin əlinə düşməsin deyə danışıram”. Aktrisa belə deyib.

AzNews.az