Toyumuz may ayında yox, iyunda olacaq. Toyumuz may ayında yox, iyunda olacaq.

Burcu Kıratlıdan gəlinlik açıqlaması - "Sevərək geyindim"

Toyumuz may ayında yox, iyunda olacaq.

Türkiyəli müğənni Sinan Akçıl ilə Amsterdamda evlənən aktrisa Burcu Kıratlının dekoltəli gəlinliyi çox danışılıb.

AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, 31 dekabr günü Amsterdamda Sinan Akçıl ilə evlənən Burcu Kıratlı mini və dekolitəli gəlinliyi ilə sosial şəbəkələrin gündəminə çevrilib.

Burcu Kıratlı nigahdan bir həftə sonra sakitliyini pozaraq onu tənqid edənlərə öz İnstagram profilində cavab verib.

“Gəlinliyimlə bağlı açıqlama istəyirlər. Açıqlama verməyi gərək duymayacaq qədər sevərək geyindim o gəlinliyi. Bir də toyumuz may ayında yox, iyunda olacaq. Düzgün xəbər yazmağınız ümidi ilə”.

Qeyd edək ki, Sinan Akçıl və Burcu Kıratlınun mətbuatda toy mərasimlərinin may ayında keçiriləcəyi yazılmışdı.

Nigar Cəfər

AzNews.az