"Orta vəziyətli bir ailəyik, çətinliklə yaşamışıq". "Orta vəziyətli bir ailəyik, çətinliklə yaşamışıq".

Anam da bunu xəbərlərdən öyrəndi - Murad Boz

"Orta vəziyətli bir ailəyik, çətinliklə yaşamışıq".

Türkiyə Təhsil Fonduna etdiyi 250 min lirə yardımla gündəmə gələn tanınmış müğənni Murad Boz Türkiyənin "Kanal D" televiziyasında yayımlanan “ 2. Sayfa”nın canlı yayımında olub.

AzNews.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, yaraşıqlı müğənni “Fondun bir sistemi var, məbləği görəndə bəlkə bir yanlışlıq var” deyirlər. Məbləği bilmək üçün mənə zəng vurdular, mən də doğru olduğunu dedim” - bildirib.

“Məqsədim yardımı səssiz etmək idi. Bu məsələlərdən danışmaq istəmirəm. Elə indi də çəkinərək danışıram. Bilirsiniz, anam müəllimdir. Bu haqda danışacaqlarım bu qədər. Orta vəziyətli bir ailəyik, çətinliklə yaşamışıq. “Çox çətin günlərdən bu günlərə gəldim” deyə bilmərəm, amma bizim də problemlərimiz olub. Çox, lap çox böyük problemləri olan adamlar var. Bir az öz problemlərimizi buraxıb onlara kömək etməliyik, deyə düşünürəm. Ailəmdə də heç kimin xəbəri yox idi. Ürəyimdən gələn bir şey idi. Anam da xəbərlərdən öyrəndi”. Müğənni belə deyib.

Səidə Nurməmmədli

AzNews.az