Beren Saat və Kenan Doğulu boşanır?

Aktrisa toy günü çəkdirdiyi şəkilləri İnstagram hesabından silib.

Türkiyəli məşhur müğənni Kenan Doğulu və aktrisa Beren Saatın evliliyində problemlər olduğu deyilir.

AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bir müddətdir aralarında problem olduğu deyilən cütlüyün boşanmaq fikri deyəsən ciddiləşir.

Belə ki, Beren Saat toy günü çəkdirdiyi şəkilləri İnstagram hesabından silib. Aktrisa izləyicilərinin “Beren xanım, toy şəkillərini silibsiniz. Boşanırsınız?” suallarını cavabsız qoyub.

Beren Saat profilində adını “BErEn Saat” olaraq yazıb. Bu, izləyicilərin şübhəsini daha da artırıb. Onların fikrincə, aktrisa bunu keçmiş sevgilisi Efeye görə edib.

Qeyd edək ki, Efe Güray Beren Saatın ilk sevgilisi olub. O, 2005-ci ildə avtomobil qəzasında həyatını itirib.

Beren Saat bir neçə gün əvvəl doğum günündə İnstagram hesabından paylaşım edərək Efe üçün darıxdığını bildirib.

Nigar CƏFƏR

AzNews.az

image description image description