Brilliant ziyalılara səsləndi - “Aparıcılarla...”

Musiqimi sevənlər, xasiyyətimi çox gözəl bilir

Xalq artisti Brilliant Dadaşova millli-mənəvi dəyərlərimizə qarşı çıxanlara etiraz edib.

Az.News.az xəbər verir ki, Brtilliant Dadaşova İnstaqramda video paylaşaraq “Ziyalılarımız milli dəyərlərimizə qarşı olan təcavüzə biganə qalmayacaqlar. Musiqimi sevənlər, xasiyyətimi çox gözəl bilir. Mədəni tariximizə hörmətlə yanaşanlara təşəkkür edirəm. Vaxt var idi ki, Mirzə Babayevə görə bir çox proqram rejissorları, redaktorları, aparıcılarla mübahisə edirdim. Bir çox səbəblər gətirirdilər. Redaktorlarımız da şahiddir ki, o, iştirak etməyən verilişlərdən imtina edirdim. Çünki dəyərlərimizə, böyüklərimizə qiymət qoymaq lazımdır” deyə qeyd edib.

Xatırladaq ki, Brilliant Dadaşova yaxın günlərdə xalq artisti Zeynəb Xanlarovanı villasına görə tənqid edənlərə qarşı çıxıb.

Rəqsanə

Az.News.az