Dilarə Əliyeva: Oqtayı yuxumda gördüm, 1 il sonra da evləndik - VİDEO

Aparıcı həyat yoldaşı Oqtay Əliyevi ilk dəfə görməsindən söz açıb

“Biz 1-ci kursda oxuyanda qrup yoldaşımız nişanlandı. Gətirdi hamımıza nişan konfeti payladı. Onu aparıb qoydum yastığımın altına. Subay qızıq axı, hamımıza maraqlıdır o fallar. Başımı qoydum yatdım. Mən hələ həyatda Oqtay kimi adamı görməmişdim, amma yatdım yuxumda gördüm”.

AzNews.az-ın məlumatına görə, bu sözləri əməkdar artist Dilarə Əliyeva ARB TV-də aparıcısı olduğu “Söhbət var” proqramında deyib. Aparıcı daha sonra həyat yoldaşı Oqtay Əliyevi ilk dəfə görməsindən söz açıb:

“Yuxudan durdum, bacıma dedim ki, yuxuda kök, saqqalı bir oğlan görmüşəm. Bu söhbətin üstündən 2-3 ay keçəndən sonra institutun həyətinə girəndə, bir də gördüm Oqtay dayanıb oğlanlarla söhbət edir. Elə hərlənib fırlandı ki, ondan bir il sonra biz ailə qurduq”.

Aynur

AzNews.az