Məhkəmə yolu ilə mənim soyadımı əlimdən alıblar Məhkəmə yolu ilə mənim soyadımı əlimdən alıblar

Şərəfsiz atam zəng etdi - Nazpərinin qardaşı qızı

Məhkəmə yolu ilə mənim soyadımı əlimdən alıblar

Xalq artisti Nazpəri Dostəliyeva və Zeynəb Dostəliyevanın qardaşı qızı Pərvanənin atası və bibiləri haqdakı ittihamları gündəmi zəbt edib. Belə ki, Pərvanə Dostəliyeva İnstagramda video paylaşaraq 6 yaşında atası Ağayar tərəfindən təcavüzə məruz qaldığını deyib.

Pərvanə Dostəliyeva AzNews.az-a açıqlamasında deyib ki, videodan sonra atası Ağayar ona zəng edib:

“Atam mənə zəng elədi, söydüm, telefonu üzünə söndürdüm. Çıxsın ortaya, sözünü desin. Atamı 14-15 yaşımdan sonra görməmişəm.

Mən “Azəri star” yarışmasında oxuyanda Nazpəri Dostəliyeva qardaşını öyrədirdi. Şərəfsiz atam da zəng edib, məni qorxudurdu. Mənim heç kimdən qorxum yoxdur. Məhkəmə yolu ilə mənim soyadımı əlimdən alıblar. Nazpəri qeyri-qanuni olduğumu yalan deyir.

Anam mənimlə yaşayır. Hazırda ailəli deyiləm, həyat yoldaşımdan ayrılmışam. Həyatımdan da məmnunam. Maddi sıxıntım yoxdur. Nazpəri Dostəliyeva yalan deyir, guya mən video göndərərək pul istəyirəm, şantaj edirəm və s.”.

Pərvanə atası ilə anasının münasibətindən də danışıb: “Anam hamilə qalanda öyrənib ki, atam dörd ay əvvəl evlənib. Özü də anam istəyərək atamla münasibətdə olmayıb. Atam ona qəbristanlıqda təcavüz edib. Bundan sonra babamgil anamı 11 il bağışlamadılar”.

Pərvanə onu da qeyd edib ki, bibisi Zeynəb Dostəliyevanın ona münasibəti yaxşı olub: “ Yalan danışa bilmərəm. Mənə Zeynəb Dostəliyeva yaxşı davranırdı, 2008-2009-cu ilə qədər tez-tez gəlirdi. Düzdür, anama çox divan tutublar, dəlixanaya qədər göndəriblər”.

Nazpəri Dostəliyevanın qardaşı qızı atasının ona təcavüzündən də danışıb: “Nənəm xəstəxanada olanda anam məni məcburən Zeynəbin evinə qoymuşdu. Atam təcavüz edəndə içkili deyildi”.

Qeyd edək ki, Pərvanə Dostəliyeva sosial şəbəkədə video payalaşaraq Nazpəri Dostəliyevanın qardaşı qızı olduğunu və 6 yaşında atasının ona təcavüz etdiyini deyib.

AzNews.az

image description