Murat Boz Dominikana getdi - Acun Ilıcalı dəvət etdi

O, çəkdirdiyi şəkilləri İnstagram profilində paylaşıb

Türkiyəli məşhur müğənni Murat Boz Dominikan respublikasına gedib.

AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, müğənni Dominikana TV8 kanalının rəhbəri Acun Ilıcalının dəvəti ilə yollanıb.

Murat Boz çəkdirdiyi şəkilləri İnstagram profilində paylaşıb.

Qeyd edək ki, Acun Ilıcalı “Survivor” proqramının çəkilişləri üçün Dominikan respublikasındadır.

Nigar CƏFƏR

AzNews.az