“Qarşı cinsdə sizi ən çox nə cəlb edir?” - Bu sorğuya qadın müğənnilər belə cavab verdi

“Kişi odur ki, onun şəxsiyyətində bütövlük olsun”

ARB TV-nin “Show news” verilişi yerli məşhurlar arasında sorğu keçirib.

AzNews.az xəbər verir ki, məşhurlara “Qarşı cinsdə sizi ən çox nə cəlb edir?” sualı ünvanlanıb.

Alınan cavabları sizə təqdim edirik:

Müğənni Rahidə Baxışova:

Image result for Rahidə Baxışova

“İnsan danışmadan onun gözlərindən hər şeyi oxuya bilərəm. Görünüşü çox önəmlidir, çünki gözəllik sevənəm. Əsas da xarakter, kişilik dayanır”.

Əməkdar artist Elza Seyidcahan:

Image result for Elza Seyidcahan

“Kişi odur ki, onun şəxsiyyətində bütövlük olsun”.

Əməkdar artist Könül Kərimova:

Image result for Könül Kərimova

“Xanımlara əhəmiyyət verməyin. Həddindən artıq diqqətli olmaq lazım deyil. Özünə hörmət qoyan kişi hər şeyə diqqət göstərməməlidir. Belələri mənim üçün daha dəyərlidir.

Müğənni Dilarə Kazımova:

Image result for Dilarə Kazımova

“Mütləq kimya olmalıdır. Onu hiss etməlisən. Bir də görürsən ki, sənin tərzində bir adam deyil, amma xoşuna gəlir, yəni məni çəkir”.

Müğənni Lətifə Soyuöz:

Image result for Lətifə Soyuöz

“Bir kişidə ürəyinin açıq olması diqqətimi çəkir. İnsan var ki, o, çox imkanlıdır, yəni geyimi, üst-başı markadır. Amma verən əli yoxdur. İnsan da var ki, imkanı ortadır və yaxud bir az aşağıdır, amma o qədər böyük ürəyi var ki... Bu, mənim üçün çox önəmlidir, çünki özüm eləyəm”.

Xalq artisti Könül Xasıyeva:

Image result for Könül Xasıyeva

“Kişinin xarici görünüşünə baxmıram. Sədaqət, mətanət, şərəf, ləyaqət hamıda olmalıdır. Fərqi yoxdur, kişisən ya qadın”.

Aktrisa Pərvin Abıyeva:

Image result for Pərvin Abıyeva

“Mənim üçün baxış, göz çox önəmlidir. Gözün forması yox, ordakı işıq, baxış... Yəni ki, boş, mənasız baxışlı insanları ciddi qəbul edə bilmirəm. Mənim həyatı boyu yaraşıqlı sevgilim olmayıb. Xarizması olsun, bəs edir”.

Aynur

AzNews.az