ATV-də evdən qaçan 19 yaşlı qızın şok görüntüləri yayıldı - VİDEO

Həmin kadrları sizə təqdim edirik

Türkiyənin Ankara şəhərində itkin düşən 19 yaşlı Esra tapılıb.

AzNews.az xəbər verir ki, kursa gedən Esra evə qayıtmayıb. Ailəsi polisə müraciət edib. Daha sonra isə ailə ATV telekanalında yayımlanan "Müge Anlı ilə tatlı sert" verilişinə qızlarının tapılması üçün müraciət edib. Onlar verilişdə olan zaman isə qızları ərə gedib. Bu barədə proqramın aparıcısı Müge Anlı məlumat verib.

Qız ailəsindən xəlvət ərə gedib. Efirə zəng edən Esra qardaşları tərəfindən tez-tez döyüldüyünü, buna görə də qoşulub qaçdığını söyləyib.

Efirdə Esranın toy görüntüləri nümayiş etdirilib.

Aynur

AzNews.az