O, evlənəcəyi adamın varlı və ya kasıb olmasına fərq qoymayacağını söyləyib O, evlənəcəyi adamın varlı və ya kasıb olmasına fərq qoymayacağını söyləyib

Sevda evlənmək eşqinə düşüb

O, evlənəcəyi adamın varlı və ya kasıb olmasına fərq qoymayacağını söyləyib

“Dünənədək düşünmürdüm, öncəliyim işlərim idi. İndi arzularımın çoxuna çatmışam. Bu gün yaşa dolmuş, düşünən, dərk edən xanım kimi evlənmək istəyirəm. Bir də insan gərək özünü buna hazır hiss etsin”.

AzNews.az xəbər verir ki, bu sözləri müğənni Sevda Yahyayeva “Show news”a danışıb.

O, evlənəcəyi adamın varlı və ya kasıb olmasına fərq qoymayacağını söyləyib:

“Hər gün sosial şəbəkədə sevgi etirafı alıram. İnstagramımda neçə min mesaj var. Xoş sözlər yazırlar. Bunlar məni xoşbəxt edir. Sevməmişəm deyə, bu barədə danışmağa utanıram. Bu işlər qismətlə bağlıdır. Əsas odur ki, yaxşı insan olsun. Anlayışlı, düzgün, sevən, hörmət edən olmalıdır. Xoşbəxtlik maddiyyatda deyil. Elə insanlar var ki, çox varlıdılar. Amma bunlar onu xoşbəxt etmir. Əsas odur ki, qəlbən xoşbəxt olasan. Pul çox şeyi həll etsə də, hər şeyi həll etmir. Buna xoşbəxtlik də daxildir”.

Aynur

AzNews.az