Mahnının musiqisi və sözləri Muxtar Abseynova məxsusdur Mahnının musiqisi və sözləri Muxtar Abseynova məxsusdur

Röya 5 ilə hazırladığı mahnıya klip çəkdi - Video

Mahnının musiqisi və sözləri Muxtar Abseynova məxsusdur

Xalq artisti Röya Ayxan “Qəribə dünya” adlı yeni klipini təqdim edib.

AzNews.az xəbər verir ki, ekran işi ötən ilin yazında sərt qapanmalar zamanı Bakı küçələrində çəkilib.

R.Ayxan klipi və yeni mahnısı barədə bunları deyib:

"5 ildir bu mahnının üzərində çalışırıq. Sonuncu dəfə dünən gecə mahnıda dəyişiklik edilib. İlk dəfə səhnəyə çıxdığım gün kimi həyəcanlıyam. Cəmi 5 nəfərə icazə aldıq. Bom-boş küçələrdə çəkilişlərdə 5 nəfər bir də polislər var idi. Bakını ilk dəfə idi belə görürdüm. Çox ağır idi bunu görmək".

Qeyd edək ki, mahnının musiqisi və sözləri Muxtar Abseynova məxsusdur.

Layihənin rejissoru Əli Fərhad, prodüseri isə Vüsal Rzazadədir.