Kim Kardaşyanın ərindən alacağı alimentin inanılmaz məbləği...

Son zamanlar polemikaları ilə gündəmə gələn Kanye Uest və realiti-şou ulduzu Kim Kardaşyan rəsmən boşanıb. Məşhur cütlük nəhayət prosesdə razılığa gəlib. Kim Kardaşyanın aldığı aliment dünya mətbuatının gündəminə çevrilib.

Aznews.az xarici mətbuata istinadən xəbər verir ki, 2014-cü ildə evlənən və 2021-ci ildə ayrılmaq qərarına gələn və boşanma prosesinə başlayan Kim Kardaşyan (42 yaş) və Kanye Uestin (45 yaş) məhkəmə prosesi başa çatıb. Dörd övladı olan cütlük rəsmən boşanıb.

ABŞ-nin Los-Anceles Ali Məhkəməsində təqdim olunan sənədlərə əsasən, onların əmlak bölgüsü və övladlarının qəyyumluğu ilə bağlı problemlər də öz həllini tapıb.

Adlarını rəsmən “Ye” olaraq dəyişdirən cütlük övladlarının qəyyumluğunu paylaşacaqlar.

Tərəflər uşaqları ilə bağlı böyük qərarlar verməzdən əvvəl bir-biri ilə məsləhətləşəcək. Uşaqların şəxsi mühafizəsi, məktəb və universitet xərcləri ortaq olacaq.

Bundan əlavə, Uest Kardaşyana hər ay 200 min dollar aliment ödəyəcək.

Qeyd edək ki, cütlük 2012-ci ildə görüşməyə başlayıb və ilk uşaqları 2013-cü ildə dünyaya gəlib. Onlar 24 may 2014-cü ildə İtaliyada evlənmişdilər.

Nuray

image description image description