"Azərbaycan ziyalıları onu müdafiə etmədiyinə görə onun belə bir xoşagəlməz fikir səsləndirməsi yolverilməzdir". "Azərbaycan ziyalıları onu müdafiə etmədiyinə görə onun belə bir xoşagəlməz fikir səsləndirməsi yolverilməzdir".

“Əkrəm Əylisli yanılır, çünki Azərbaycanda ziyalı var, olacaq da” - Vaqif Abışov

"Azərbaycan ziyalıları onu müdafiə etmədiyinə görə onun belə bir xoşagəlməz fikir səsləndirməsi yolverilməzdir".

“Azərbaycanda ziyalı yoxdur, hansı ziyalıdan danışırsınız? Mənim məsələmdə məlum oldu ki, ziyalı yoxdur” - bu fikirləri yazıçı Əkrəm Əylisli “Meydan TV”yə müsahibəsində səsləndirib.

Onun bu açıqlaması ölkə ziyalılarının haqlı narazılığına səbəb olub.

Azərbaycan Milli Elmlər Akademiyasının A.Bakıxanov adına Tarix İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Vaqif Abışov bizimlə söhbətində bildirdi ki, Ə.Əylislinin Azərbaycan ziyalısının ünvanına işlətdiyi sözlər ziyalılarımıza təhqirdir. “Bu gün Azərbaycanda çox görkəmli ziyalılar var və bu ziyalılar ölkənin elm mərkəzlərində, ali məktəblərində və başqa müəssisələrdə çalışırlar. Onların səsi hətta xarici ölkələrdən gəlir. Son zamanlar bəziləri KİV-lərdə “Azərbaycanda ziyalı yoxdur” deyirlər. Bu absurddur. Onun fikrinə gəlincə isə, deyim ki, Ə.Əylisli yanılır, çünki Azərbaycanda ziyalı var, olacaq da. Azərbaycan ziyalıları onu müdafiə etmədiyinə görə onun belə bir xoşagəlməz fikir səsləndirməsi yolverilməzdir. Bir halda ki, onun bədnam əsərində ermənilərə yarınmaq, onlarla bağlı müsbət yanaşmalar, eləcə də Dağlıq Qarabağla bağlı saxta fikirlər yer alıb, onda Azərbaycan ziyalıları onu nə üçün müdafiə etməli idilər ki? Ziyalılar xalqımızın, dövlətimizin maraqlarına zidd əsər yazan yazıçını müdafiə etməzdi və etmədilər də. Söhbət xalqdan, torpaqdan, dövlətdən gedirdisə, Azərbaycan ziyalısı Ə.Əylislinin yanında ola bilməzdi. Bu, onun tərəfindən tamamilə yersiz bir yanaşmadır” - deyə müsahibimiz bildirdi. (baki-xeber.com)

AzNews.az