- Siyasi müzakirə
- 17 Yanvar 2020 19:41
- 2 794
ATƏT PA-nın qış sessiyasının vaxtı məlum olub
Qış sessiyasında ATƏT parlamentariləri cari məsələlər ətrafında müzakirələr aparacaq
ATƏT Parlament Assambleyasının (PA) qış sessiyasının vaxtı məlum olub.
ATƏT PA-nın saytına istinadən verilən xəbərə görə, qış sessiyası fevralın 20-21-də Vyanada Hofburq Konqres Mərkəzində keçiriləcək.
Qış sessiyasında ATƏT parlamentariləri cari məsələlər ətrafında müzakirələr aparacaq, ATƏT rəsmiləri ilə yüksək səviyyəli görüşlər keçirəcəklər. (APA)
AzNews.az