"Biz həqiqətən də müharibə şəraitindəyik və bütün proseslər müharibə qanunlarına uyğun olmalıdır" "Biz həqiqətən də müharibə şəraitindəyik və bütün proseslər müharibə qanunlarına uyğun olmalıdır"

"Cəmiyyətimizi Gültəkin Hacıbəyli kimilərdən xilas etməliyik”- Deputat

"Biz həqiqətən də müharibə şəraitindəyik və bütün proseslər müharibə qanunlarına uyğun olmalıdır"

“Koronavirusla bağlı dedilər, güldülər, zarafat etdilər, binaların damında kabab çəkdilər, domino oynadılar, gizli kef mərasimlərində iştirak etdilər, bəs edər. Bu günə qədər ölkə rəhbərliyinin, ekspertlərin ciddi xəbərdarlıqlarına məhəl qoymadıq, gigiyena qaydalarına, sosial məsafəyə riayət etmədik, maskadan istifadə etmədik və beləliklə də gəlib bugünkü təhlükəli həddə çatdıq. Axı, biz deyirdik ki, üç əsas qaydaya riayət etməsək, virus hər kəsin ailəsinə daxil olacaq. Axı xəbərdarlıq etmişdik ki, hər kəsin dostu, tanışı, qohumu yoluxa bilər. Niyə qulaq asmadıq, nə üçün riayət etmədik? İndi isə hər kəs xəstəxana, dərman, həkim axtarışına çıxıb. Bunun sonu bilirsinizmi nədir? Kollapsdır”. Bunu 4 saylı Vərəm Əleyhinə Dispanserin baş həkimi, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, karantin günlərində vətəndaşların məsuliyyətsizlik etməsi, polislərlə qaçdı-tutdu oynaması, uşaqlar kimi müxtəlif bəhanələr gətirməsi cəmiyyətimizi böyük bir təhdidlə üz-üzə qoyub: “Kimsə düşünə bilərdimi ki, gün gələcək bütün dünyanın səhiyyə sistemi iflic vəziyyətinə düşəcək? Kim inana bilərdi ki, ABŞ, Almaniya, İtaliya, İspaniya kimi ölkələrdə xəstələr küçələrdə, evlərdə, xəstəxana dəhlizlərində qalaqlanıb qalacaq? Avropada və ABŞ-da koronavirus tuğyan edəndə, virus hər gün 800-1000 adam öldürəndə Azərbaycanda sağalanların sayı yoluxanlardan daha çox idi. Amma görünür dövlətin ciddi və ehtiyat tədbirlərinə güvənən, arxayınlaşan bəzi vətəndaşlarımız məsuliyyətsizlikləri ilə ölkəmizi Avropadakı yoluxma və ölüm səviyyəsinə çatdırmağa xidmət ediblər. Avropadakı, ABŞ-dakı yoluxma, ölüm hallarının, xəstəxanalardakı acınacaqlı vəziyyətin kadrlarının hansısa kinodan, filmdən olmasına inanan vətəndaşlarımızın məsuliyyətsizliyi üzündən bu gün qurunun oduna yaş da yanır. Bəli, bir həkim olaraq artıq vəziyyətin nə qədər gərgin olduğunu görürəm. Bir həkim olaraq həyəcan təbili çalıram, hər kəsi ciddiyyətə və məsuliyyətə dəvət edirəm. Bir azdan evində belə xəstələrini müalicə etməyə dərman tapmayanda həmin məsuliyyətsiz vətəndaşlar heç kəsi qınamasınlar. Kimlərəsə inanıb, məsuliyyətsizlik edib xəstələnən və digərlərini də yoluxduranlar anlamalıdırlar ki, insanlarımızı hansı təhlükə ilə qarşı-qarşıya qoyublar. Çox təəssüflər olsun ki, indi də bir sıra məsuliyyətsiz insanlar var ki, hələ də pandemiya qaydalarına riayət etmirlər, yoluxmaqda və yoluxdurmaqda davam edirlər. Bu səbəbdən də çox sərt addımların atılmasının zamanıdır. İctimai qınaq güclənməlidir, hər bir vətəndaş sağlamlığı naminə “savaşmalıdır”. Maskadan istifadə etməyəni, sosial məsafəni qorumayanı ciddi şəkildə tənbeh etməlidir. İnsanları əsassız olaraq küçələrə çağıranlara, pandemiyanın yalan olması kimi əsassız iddialarla ictimai rəyi çaşdıranlara qarşı qətiyyətli mübarizə aparılmalıdır. Hətta, tətbiq olunan cərimələr artırılmalıdır. Əgər hansısa məsuliyyətsiz vətəndaş qaydalara riayət etmirsə, inzibati həbslə də “mükafatlandırılmalıdır”. Əgər ictimai qınaq güclənməsə, cərimələr artmasa, vətəndaşlar məsuliyyətsiz insanları tənbeh etməsə, öz sağlamlıqları üçün “savaşmasalar” o zaman vəziyyət daha da ağırlaşa bilər”.

“Pandemiya dünya müharibəsi kimi qəbul edilməli olan təhdiddir” – deyən Sədaqət Vəliyeva təklif edib ki, məsuliyyətsiz insanlarla yanaşı radikal müxalifət də məsuliyyətə cəlb edilməlidir: “Onların sosial şəbəkələrdə əsassız küçələrə çağırışları, insanları pandemiyaya inanmamağa sövq etməsi, siyasi məqsədləri naminə qaragüruhçuluq etmələri qanunla məhdudlaşdırılmalıdır. Biz həqiqətən də müharibə şəraitindəyik və bütün proseslər müharibə qanunlarına uyğun olmalıdır. Əgər pandemiya zamanı insanları hakimiyyət əleyhinə kökləyən, dövləti və xalqı zəlil günə qoymağa çalışan Əli Kərimli kimilər sabah Dağlıq Qarabağın işğaldan azad olunması üçün müharibə başlayanda hansı xəyanətləri edəcəyi indidən bəllidir. Bu səbəbdən də bütün qaydalar sərtləşdirilməlidir, cərimələr artırılmalıdır. Biz gələcəyimizi, xalqımızı, dövlətimizi məsuliyyətsiz, şəxsi mənafeyini düşünən insanlardan və xalqımıza, cəmiyyətimizə, dövlətimizə düşmən kəsilmiş Əli Kərimli, Gültəkin Hacıbəyli, Cəmil Həsənli kimilərdən xilas etməliyik”.