Nazirlər bölgədəki son vəziyyət ətrafında fikir mübadiləsi aparıblar Nazirlər bölgədəki son vəziyyət ətrafında fikir mübadiləsi aparıblar

Bayramov Gəncə terroru ilə bağlı estoniyalı həmkarına məlumat verdi

Nazirlər bölgədəki son vəziyyət ətrafında fikir mübadiləsi aparıblar

Xarici İşlər naziri Ceyhun Bayramov və Estoniya Xarici İşlər naziri Urmas Reynsalu arasında telefon danışığı baş tutub. AzNews.az xəbər verir ki, nazirlər bölgədəki son vəziyyət ətrafında fikir mübadiləsi aparıblar.

Nazir Ceyhun Bayramov Estoniyalı həmkarına Ermənistanın atəşkəsi pozması barədə məlumat verib. Ermənistan silahlı qüvvələri tərəfindən mülki şəxslərin və mülki infrastrukturların məqsədyönlü şəkildə hədəf alındığı, o cümlədən humanitar atəşkəsin rəsmi elan olunmasından sonra iki dəfə Gəncəyə edilən raket hücumları qeyd olundu. Gəncə şəhərinə edilən son raket zərbəsi nəticəsində 3-ü uşaq olmaqla, 13 mülki şəxsin həlak olduğu, 48 nəfərin yaralandığını qarşı tərəfin diqqətinə çatdırıldı. Bu əməlləri müharibə cinayətləri kimi qiymətləndirən nazir Bayramov, buna görə Ermənistan rəhbərliyinin məsuliyyət daşıdığını vurğuladı.

Nazir Urmas Reynsalu öz tərəfindən münaqişənin siyasi yolla həll olunmasının vacibliyini ifadə etdi. Humanitar atəşkəsə hörmət etməyin vacibliyini vurğulayan Estoniya Xarici İşlər naziri bu xüsusda Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) rolunu və Estoniyanın BQXK-ya verdiyi humanitar yardım vasitəsilə töhfəsini qeyd etdi.