Qarabağla bağlı üçtərəfli bəyanat regionda davamlı sülh üçün ümidverici addımdır

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xarici İşlər Nazirləri (XİN) Şurasının 47-ci iclasında çıxışı zamanı deyib

“Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanan birgə bəyanat regionda davamlı sülh üçün ümidverici addımdır”.

AzNews.az-ın xəbərinə görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xarici İşlər Nazirləri (XİN) Şurasının 47-ci iclasında çıxışı zamanı deyib.

O bildirib ki, birgə bəyanat BMT, ATƏT və İƏT qərarlarına uyğun olaraq Azərbaycanın ərazi bütövlüyünü yenidən təsdiq edib.

Türkiyə XİN başçısı İƏT Baş katibliyinin atəşkəslə bağlı açıqlamalarını məmnuniyyətlə qarşıladıqlarını da vurğulayıb.

“Hamını Azərbaycanın Ermənistanın hücumları ilə bağlı qərar layihələrində təqdim etdiyi təftiş-yoxlama təkliflərini qəbul etməyə dəvət edirəm”, - deyə M. Çavuşoğlu qeyd edib.