“Pulumun çoxunu geyimə xərcləyirəm” “Pulumun çoxunu geyimə xərcləyirəm”
  • Hadisə
  • 20 Noyabr 2018 14:16
  •  9 948

Tanınmış bloqger: “60 qəpiklik çəkmə geyinirəm”

“Pulumun çoxunu geyimə xərcləyirəm”

AzNews.az-ın “30 altı” layihəsinin buhəftəki müsahibi rəssam, bloqger Mədinə Əhmədovadır.

Əhmədova Mədinə Alim qızı: “Neftçala rayonunda anadan olmuşam. 9 ildir ki, Bakıda yaşayıb, təhsil alıram. Daha öncə rayonda 5 illik rəssamlıq dərnəyini bitirmişəm. Sonra Əzim Əzimzadə adına kollecə qəbul oldum. Rəngkarlıq üzrə 4 il təhsil almışam. İndi isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində 4-cu kurs, Rəssam-Modelyer-Dizayner fakültəsində oxuyuram”.

- Paylaşımlarınızda da qeyd etdiyiniz kimi çox vaxt geyimləriniz “secondhand”dən olur. Buna insanların reaksiyası necə olur?

- Əslində geyimlərimin çox az hissəsi 2-ci əldir. Amma dəqiq bilirəm ki, çox adam elə yerlərdən geyim alır və bu, ayıb deyil. Ətraf mühitin hər şeyə reaksiyası olduğu kimi, buna da neytral yanaşmır. Özgüvəni zəif insanlar bunu boyunlarına almırlar. Elə tanıdığım bir çox insan kimi. Şükür ki, izləyicilərim arasında çox az belə insan var. Məni olduğum kimi bəyənirlər.

- Həmin geyimləri axtarmağa çox vaxtınız gedir?

- Geyim almaq üçün çox vaxt sərf edirəm - hər xanım kimi. Amma mən əsasən, geyimləri rənginə və materialına görə alıram. Sonra onsuz da özüm dəyişiklik edirəm.

- Ən ucuz geyiminiz neçəyə olub?

- Ən ucuz geyimim bu yaxınlarda 90% endirimlə aldığım çəkmə olub - 60 qəpik.

- Şəxsi atelyenizdə tək çalışırsınız, yoxsa işçiləriniz də var?

- Bir dostumla şəxsi işlətdiyimiz atelyemiz vardı. İşçilərim də vardı. Təəssüf ki, sonra dərslər və hazırda işlədiyim işlə bağlı atelyeyə vaxt çatdırmaq alınmadı.

- Bu işdən qazancınız necədir? Demək olar ki, qadınların pullarının çoxu paltara gedir. Bəs siz pulunuzu nəyə xərcləyirsiniz?

- Bu işdən qazancım puldan qat-qat artıqdır. Həm müxtəlif insanlar tanıdım, müxtəlif sifətlər gördüm. İnsanların özü olmadığı, bir qəlibə necə sıxışdığını gördüm. Təəssüf ki...

Allaha şükür, pulum təhsilimə, yaşayışıma, geyimimə, gəzməyimə, hətta ailəmə dəstək olmağıma da çatır. Pulun çoxunu geyimə xərcləyirəm. Çünki uşaqlıqdan anam mənə hər gün bir geyim geyindirib, bir vərdişdir.

- Azərbaycan xanımları zövqlüdürmü?

- Mən də kiməsə görə zövqsüz ola bilərəm. Amma ümumilikdə mənim gördüyüm çoxluq zövqlüdü. Zövqlər və rənglər mübahisə edilməz. Xanımların tək səhvi heç risk etməməkləri, hazır kombinlər geyinməkdir. Ona görə də kimsə fərqli iki rəngi kombin edəndə bu gözlərinə qəribə və zövqsüz görünür. Halbuki, bu il “rukuşluk” moddadır.

- Gələcəklə bağlı planınız nədir?

- Bu gün nə iş görürəmsə, hamısı gələcək üçündür. Sabahı düşünən insan deyiləm. Amma işlə bağlı gələcək üçün özümü tanıdığım ilk gündən fikrim var idi.

Səidə Nurməmmədli,

AzNews.az

image description image description image description image description image description image description image description