- Köhnə - Region
- 16 Mart 2016 21:04
- 5 531
Tehranda mağazada partlayış - 39 yaralı

İranın paytaxtı Tehranda bazarların birində partlayış baş verib.
AzNews.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 39 nəfər xəsarət alıb.
Yerli yanğınsöndürmə xidmətinin rəhbəri Mürtəza İsfahaninin sözlərinə görə, üçmərtəbəli mağazada qaz balonu partlayıb.