Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində baş verənlərə Qazaxıstanın aparıcı kütləvi informasiya vasitələrində geniş yer verilib. Bu materiallarda Dağlıq Qarabağın ermənilər tərəfindən işğal olunduğu qeyd edilib. Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində baş verənlərə Qazaxıstanın aparıcı kütləvi informasiya vasitələrində geniş yer verilib. Bu materiallarda Dağlıq Qarabağın ermənilər tərəfindən işğal olunduğu qeyd edilib.

Təmas xəttində baş verənlər - Qazaxıstan mətbuatında

Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində baş verənlərə Qazaxıstanın aparıcı kütləvi informasiya vasitələrində geniş yer verilib. Bu materiallarda Dağlıq Qarabağın ermənilər tərəfindən işğal olunduğu qeyd edilib.


Qazaxıstanın aparıcı "tengrinews.kz, baq.kz, caravan.kz exclusive.kz, info-tses.kz, 365info.kz, liter.kz" saytlarında cəbhədəki son hadisələrə kifayət qədər ciddi və obyektiv yanaşılıb. Saytlarda Azərbaycan ərazisində yaşayış obyektlərinin və məktəblərin dağıdılmasını əks etdirən fotolar verilməklə qazax və rus dillərində məqalələr dərc olunub. Yazılarda Ermənistanın işğalçı ordusunun dinc əhalini atəşə tutması önə çəkilib, Azərbaycanın Xarici İşlər və Müdafiə nazirliklərinin bəyanatına geniş yer ayrılıb.

"Baq.kz" saytında qazax dilində "Dağlıq Qarabağ-Azərbaycanın ürəyi" adlı məqalədə isə münaqişənin tarixi, Azərbaycanın haqlı mövqeyi haqqında əsaslı analitik yazı oxucuların müzakirəsinə təqdim edilib. "7news.kz" informasiya agentliyinin qazax sosial şəbəkəçilərinin Azərbaycan xalqı ilə həmrəyliyin bir göstəricisi kimi qazaxıstanlı facebook sosial şəbəkə istifadəçilərinin Azərbaycan bayrağı ilə rənglənməsi xəbəri isə bu ölkədə, eləcə də təcavüzkar Ermənistanda böyük rezonans doğurub.

"Biz Azərbaycanla birgəyik. Qardaşımız olan Azərbaycan xalqına qələbə arzulayırıq" kimi ifadələr sosial şəbəkələrdə yer alıb.

"Ratel.kz" və "exlusive.kz" analitik saytlarında münaqişənin tarixi obyektiv göstərilməklə Ermənistanın haqsız olması xüsusilə qeyd edilib. Burada Qazaxıstan Azərbaycanlıları Mədəni Mərkəzlər İttifaqının sədri Vidadi Salahovun geniş müsahibəsi erməni icmasının ciddi narazılığına səbəb olub. İnformasiya portallarında vurğulanıb ki, Azərbaycan Silahlı Qüvvələri işğal altındakı torpaqlarını güc yolu ilə geri qaytarmaq iqtidarında olduğunu bir daha nümayiş etdirdi.

Azərtac.az