Ötən gecə, təxminən saat 1 radələrində başlayaraq, erməni silahlı birləşmələri atəşkəsi pozublar. Ötən gecə, təxminən saat 1 radələrində başlayaraq, erməni silahlı birləşmələri atəşkəsi pozublar.

Ermənilər ATV-nin əməkdaşını yaraladılar - Video

Ötən gecə, təxminən saat 1 radələrində başlayaraq, erməni silahlı birləşmələri atəşkəsi pozublar.

ATV-nin Qarabağ bürosundakı əməkdaşı Hafiz Hüseynin məlumatına görə, iri çaplı silahla başlanan atışma sonradan top və ağır silahlara keçib. Tərtərdə cəbhə xəttinə yaxın yaşayış məntəqələri atəşə məruz qalıb. Dinc sakinlərin yaşadığı Qapanlı, Qaraşdı, Şıxarx, Azad Qaraqoyunlu, Köçərli kəndlərinə mərmirlər düşüb evlərdə dağıntılar olub.

Ərazidə çəkiliş aparan ATV-nin Qarabağ bürosunun əməkdaşlarının yanına düşmənin atdığı mərmi düşüb. Mərminin qopardığı qaya parçası operator Vicay Vəliyevin ayağının yaralayıb. Büronun avtomobilini isə çətinliklə olsa da atəş altından çıxarmaq mümkün olub.