Terror aktı hazırlayan qrup zərərsizləşdirildi

İranda bu gün terror aktı törətməyə cəhd göstərən qrup həbs edilib. Bu barədə məlumat İranın Təhlükəsizlik Nazirliyi (ETTELAAT) yayıb. Partlayış planlaşdıran qrupun üzvlərinin kimliyi hələlik açıqlanmasa da, onların Amerika və İsraillə əlaqəsinin olduğu bildirilir.

İranın rəsmi dövlət saytı olan "İRNA" xəbər verir ki, həbs edilənlər arasında əcnəbilərin də olması istisna edilmir. Qrupun İrandakı enerji obyektlərində və ərəblərin yaşadığı Xuzistan bölgəsində terror aktı həyata keçirməyə çalışıblar.

Şəxslərdən çox sayda partlayıcı qurğu tapılıb ki, bu qurğuların Fars körfəzi vasitəsilə ərəb ölkələrindən gətirildiyi güman edilir.

Alpər Oğuz
Aznews.az